Ru
15:52 / 18 Oktyabr 2020

Türkiyədəki səfirliyimiz qarşısında aksiya keçirildi

3048
Bu gün Azərbaycanın Türkiyədəki səfirliyi qarşısında Azərbaycana dəstək və Ermənistan hakimiyyətinin terrorçu hücumlarına etiraz aksiyası keçirlib.

"BakuPost" xəbər verir ki, tədbirdə Azərbaycanın tarixi torpaqlarının işğal olunmasına dair faktlar səsləndirlib.

Aksiyada qeyd olunub ki, Ermənistan həqiqətləri iyrənc və primitiv bir müharibə təbliğatı üsulu ilə təhrif edərək dünya ictimai rəyini çaşdırmağa çalışır: “Biz bütün insanları ədalətin və beynəlxalq hüququn yanında olmağa çağırırıq”.

Aksiyada Qarabağa dəstək məqsədli şüarlar səsləndirlib.

Qeyd edək ki, tədbir Azaflı Sosyal Yardım və Kültür Dərnəyi tərəfindən təşkil edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər