Ru
09:41 / 07 Sentyabr 2019

Türkiyədən gələn avtobus yük maşınıyla toqquşdu - Ölən və yaralananlar var / YENİLƏNİB

13747

Bakı-Qazax magistiral avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.


BakuPost-un məlumatına görə, hadisə rayonun Dəllərcəyir kəndi ərazisində qeydə alınıb.

Belə ki, Türkiyədən gələn avtobus yük maşını ilə toqquşub, azı 10 nəfər yaralanıb. Qəza nəticəsində ölənlərin olduğu bildirilir.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralılar xəstəxanaya aparılıb.

Avtobusda 50-yə yaxın sərnişinin olduğu deyilir. Faktla bağlı araşdırma aparılır.

06:46

***

Səhiyyə Nazirliyi Bakı-Qazax magistiral avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verən ağır yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən BakuPost-a verilən məlumata görə, Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisində avtobusla yük avtomobili toqquşub.

“Təcili Yardıma çağırış gecə saat 4.04 də daxil olub. Bir nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir MRX-ya çatdırılıb. Səhər saat 8:20-də baş həkimin verdiyi məlumata əsasən xəstəxanada 2 kişi və 4 qadın qalıb. Kişilərdən biri komadadır vəziyyəti kritikdir”.


Yaralılar - 1989-cu il təvəllüdlü Çinarə Eyub qızı İmamxanova, 1992-ci il təvəllüdlü Xəyyam Ümidvar oğlu Mirəliyev, 1966-cı il təvəllüdlü Göyçək Mehralı qızı Sərxanova, 1946-cı il təvəllüdlü Qələm Cavad qızı Süleymanova, 1978-ci il təvəllüdlü Arzu Mətləb qızı Kazımova, 1957-ci il təvəllüdlü Gülsüm Məhəmmdağa qızı Əliyeva, 1989-cu il təvəllüdlü Növrəstə Qardaşxan qızı Babayeva, 1997-ci il təvəllüdlü Nicad Gəray oğlu Əliyev, Günel Qurbanəliyeva, Sevinc Əmiraslanova, Türkiyə vətəndaşları Darmış Ruzin və 1983-cü il təvəllüdlü Şener Yavuz Süleymandır.

Bir nəfər 1983-cü il təvəllüdlü Elbrus Hüseyn oğlu Məhərrəmov hadisə yerində dünyasını dəyişib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər