Ru
11:22 / 25 İyul 2020

Türkiyədən Yunanıstana sillə kimi cavab - "Yuxudan ayılın"

3097
"Yunanıstan 567 ildir oyana bilmədiyi Bizans yuxusundan artıq ayılmalıdır".

Türkiyənin Xarici İşlər Nazirliyi Yunanıstanda Türkiyə bayrağının yandırılması ilə baş tutan aksiyanı cavabsız qoymayıb. XİN-nin yaydığı açıqlamada qeyd edilir ki, Yunanıstan Aya Sofiya məscidinin ibadətə açılmasına etiraz etmək bəhanəsi ilə İslama və Türkiyəyə qarşı düşmənliyini bir daha nümayiş etdirib.

"Aya Sofiyanın səcdəyə açılmasını həzm edə bilməyən Avropanın ərköyün övladları yenə də həyəcana qapılıb. Tarixdən gərəkən dərsi almayan bu irqçi kəllələrin, şanlı bayrağımıza hörmətsizlik edənlərin Egeydəki aqibətini yaxşı xatırlamaları gərəkir.

Torpaqlarındakı tarixi məscidləri dağıdan, paytaxtında məscid olmayan yeganə Avropa ölkəsi olan Yunanıstandır. Milli istiqlaliyyət məsələsində heç bir ölkə Türkiyəyə dərs verə bilməz.

Türk millətinin iradəsi ilə ibadətə açılan "Aya Sofiya-ı Kebir Camii-i Şerif" torpaqlarımızdakı digər mədəni abidələrimiz kimi Türkiyəyə aiddir, sonsuza qədər mülkiyyətimizdə olacaq.
Bütün dinlərə qucaq açan sülh dini olan İslamın məbədi Aya Sofiya məscidi bundan sonra da hər kəsə açıq olmağa davam edəcək".

Xatırladaq ki, ötən gün 86 illik fasilədən sonra Aya Sofiya qılınan cümə namazı ilə ibadətə açılıb. Buna etiraz edən Yunanıstanda matəm elan edilib, bayraqlar yarıya kimi endirilib. Selanikdə isə türk bayrağına od vurulub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər