Ru
09:46 / 12 Noyabr 2025

Türkiyəli mütəxəssislər təyyarənin qəzaya uğradığı ərazidə – Araşdırmalara başladılar

Türkiyəli mütəxəssislər təyyarənin qəzaya uğradığı ərazidə – Araşdırmalara başladılar
Eye

Türkiyəli mütəxəssislər Azərbaycan-Gürcüstan sərhədində, “C-130” hərbi yük təyyarəsinin qəzaya uğradığı ərazidə axtarış-xilasetmə və araşdırma işlərinə başlayıblar.

Bakupost.az türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, türkiyəli mütəxəssislər bu gün səhər saat 07:30-da gürcü həmkarları ilə koordinasiyalı şəkildə əraziyə gediblər.

Xatırladaq ki, dünən (noyabrın 11-i) Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin heyət üzvləri daxil olmaqla 20 hərbçi həlak olub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar