Ru
11:14 / 11 Sentyabr 2019

Türkiyənin “4 böyüklər”indən biri Mahir Emreli üçün Bakıdadır

5634

Türkiyənin “Trabzonspor” klubunun skautları Avro-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin Xorvatiya ilə matçını (1:1) izləmək üçün Bakıya gəliblər.


BakuPost.az
“Fotospor”a istinadən xəbər verir ki, “Qarabağ”ın və millinin hücumçusu Mahir Emrelini yaxından görmək üçün paytaxtımızda olan nümayəndələr onun oyununu bəyəniblər. Baş məşqçi Ünal Karamanın təlimatı əsasında “bordo-mavilər” gələcəyə yatırım məqsədi ilə futbolçu axtarırlar.


Qeyd edək ki, Türkiyə mətbuatı 1 ay öncə Mahir Emrelinin “Trabzonspor”un hədəfində olduğu yazılmışdı. Bu xəbərə münasibət bildirərkən xaricdə oynamağın onun karyerasında irəliləyiş ola biləcəyini deyən M. Emreli isə belə qərar gələrsə, əvvəlcə baş məşqçisi Qurban Qurbanovla məsləhətləşəcəyini bildirmişdi.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər