Ru
11:44 / 19 Oktyabr 2020

Türkiyənin NATO-dan çıxarılması üçün qətnamə təqdim edildi

1860

ABŞ Konqresinin Nümayəndələr Palatasına Türkiyəni Şimali Atlantika Müqaviləsi İttifaqından (NATO) çıxarmaq üçün qərar layihəsi təqdim olunub.

Bu barədə Amerika Erməniləri Milli Komitəsi məlumat yayıb.

Bildirilib ki, qətnaməni ABŞ Nümayəndələr Palatasının üzvü Tulsi Qabbard təqdim edib.

Qətnamənin hazırlanmasına səbəb olaraq rəsmi Ankaranın Dağlıq Qarabağdakı hərbi əməliyyatlara görə Azərbaycana dəstək nümayiş etdirdiyi göstərilir.

Qeyd edək ki, Türkiyə NATO-ya 1950-ci ilin may ayında üzvlük üçün müraciət edib. İkinci müraciət isə 1950-ci ilin avqustunda olub. 1951-ci il 15 sentyabrda Ottavada keçirilən NATO Nazirlər Şurası Türkiyə və Yunanıstanın qəbul edilməsinə qərar verib. Türkiyə Böyük Millət Məclisi 1952-ci il 18 fevral tarixində Şimali Atlantika Müqaviləsi və Protokolunu qəbul edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər