Ru
17:01 / 04 Mart 2021

Türklər Naxçıvan gömrüyündən şikayət edir: “Belə qardaşlıq olarmı?” - VİDEO

13374
Türk sürücülər Naxçıvan gömrüyündə qiymətlərin baha olmasından şikayət edirlər.

Bakupost.az xəbər verir ki, bu barədə sosial mediada video yayılıb. Videoda danışan türk sürücü onlara qarşı çox haqsızlıq edildiyini, yol xərclərinin artırıldığını deyib: “Onsuz da buraya addımımızı atan kimi danlanaraq qarşılanırıq. Bu, bizə çox pis təsir edir. Əvvəllər gediş-gəliş 40 km yol edirdi, 235 dollar xərcimiz çıxırdı. İndi isə sadəcə gedişi 360 dollar ediblər. Bir də bunun qayıdışı var ki, 720 dollar edir. Yükdən bu qədər pul qalmır ki, sən necə 720 dollar alırsan?”.

Şikayətçi həmçinin, onlardan 100 dollar yanacaq pulu alındığını da qeyd edib. “Nə yükləyirsən-yüklə yanacaqdır deyirlər. Əvvəl iki yanacaq çəninə görə rüsum alındığını düşünürdüm. Yanacaq çəninin birini açdım, bir çənlə gəldim. Yenə də 100 dollar tələb etdilər. Belə bir qardaşlıq olarmı? Qarabağı aldıqdan sonra tamamilə dəyişiblər. Video çəkib sosial mediada paylaşıram ki, bəlkə kimsə əl atar. Burada çox haqsızlıqla qarşılaşırıq”.

Sözügedən videonu təqdim edirik:


Şərhlər
  • Azər Əliyev

    Bu iranlidir bunlari işi yalniz Azərbaycanla Turklərin arasini vurmaq olub buna inanmiyin

  • Famil Qasim

    Besh ondene korrupsiyanere göre bütün Azerbaycan xalqini eyni görmek bu abtallqdir. Sene cile cekdiren bu korrupsiyaner ve soyguncu sürüsü Azerbaycan xalqini bezdiribdir. Ermeni isgalciilarindan vetenmizi temizledik bu korrup ve soygucu(moderin quldurluq) yaradanlardan ne vetenmizi ne xalqimizi ne de ki vetenmize tesrif buyuranlari qurtara bilmedik. Acaba göresen o Vasif Talibov hara baxir ki bu soyguncu sürüsü orda vetene gelen insanlari soymaqnan mesguldular ve bizi bütün dünyaya rüsvay edirler.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər