Ru
22:48 / 28 İyul 2020

Tvitter Trampa qadağa qoydu

3127
Tvitter sosial şəbəkəsi ABŞ Prezidenti Donald Trampın oğlu Donald Conun öz mikrobloqunda paylaşım etməyi qadağan edib. Buna səbəb onun COVID-19-la bağlı yalan informasiya yayması olub.

Daha əvvəl Donald Conun nümayəndəsi Tvitterdə bildirimişdi ki, sosial şəbəkə ABŞ Prezidentinin oğlunun hesabını həkimlərin hidroksixlorin haqda danışdığı videoya görə deaktiv edib.

Tvitter, öz növbəsində, bu paylaşıma cavab verərək bildirib ki, hesabın yalnız bəzi imkanlarına müvəqqəti – 12 saatlıq məhdudiyyət qoyulub. Videolu paylaşım isə yalan məlumatı əks etdirdiyi üçün silinib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər