Ru
23:17 / 21 Sentyabr 2021

Tvitter və İnstaqramın fəaliyyətində nasazlıq

1685
Tvitter və İnstaqram sosial şəbəkələrinin fəaliyyətində nasazlıqlar yaranıb.

Bakupost.az xəbər verir ki, bu barədə "Downdetector" portalı məlumat yayıb.

Məlumata əsasən, Instagram"ın işində qüsurlar barədə əsasən ABŞ, "Twitter"in işində isə ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya və Niderland sakinləri şikayət edir.

Bildirilir ki, 61 faiz istifadəçi "Twitter"in saytının, 28 faiz mobil tətbiqinin işindən, 11 faiz isə serverə qoşulmaqda yaranan çətinliklərdən şikayət edib.

"Instagram" istifadəçilərindən 46 faizi tətbiqin işində, 24 faizi saytın işində, daha 24 faizi isə şərhlərin yazılmasında problemlərlə üzləşiblər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər