Ru
20:25 / 09 May 2021

Üç para-taekvondoçumuz Tokio-2020-yə lisenziya qazandı

1717
Üç para-taekvondoçumuz Tokio 2020 Yay Paralimpiya Oyunlarında iştirak üçün lisenziya qazanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, para-taekvondo idman növü üzrə milli komandamızın üzvü Aynur Məmmədova (58 kq), Röyalə Fətəliyeva (49 kq) və Əbülfəz Abuzərli (75 kq) Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Avropa Təsnifat turniririn finalında rəqiblərini məğlub edərək Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıblar.

Bununla Milli Paralimpiya Komitəsinin idmançıları 5 idman növündə artıq 12 lisenziya qazanıblar (atletika – 3, üzgüçülük – 3, güllə atıcılığı – 2, pauerliftinq – 1, taekvondo – 3).

Qeyd edək ki, para-taekvondo idman növü ilk dəfə olaraq Paralimpiya Oyunlarının proqramına salınıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər