Ru
17:06 / 16 Sentyabr 2019

UEFA “Qarabağ”ın hesabına 4 milyon avro köçürdü

2767

“Qarabağ” Futbol Klubunun 2019-2020-ci il mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar UEFA tərəfindən ayrılmış vəsait klubun hesabına köçürülüb.


BakuPost.az xəbər verir ki, 2,750,000 (iki milyon yeddi yüz əlli min) avro vəsait AFFA-nın vasitəsilə kluba təqdim olunub.


Vəsait turnirin qrup mərhələsində iştirak edən 48 klubun hər biri üçün ayrılır.


Bundan əlavə, “Qarabağ"ın son 10 ildə avrokuboklarda göstərdiyi nəticələrə əsasən, müəyyənləşmiş əmsala görə UEFA-nın ayırdığı 1,142,880 (bir milyon yüz qırx iki min səkkiz yüz səksən) avro vəsait də “Qarabağ”ın hesabına köçürülüb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər