Ru
23:46 / 18 Oktyabr 2019

UEFA Rusiya və Kosovo komandalarını eyni qrupa salmayacaq

2212
Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) Fövqəladə Komissiyası, Rusiya və Kosovo komandalarının birliyin himayəsi altında təşkil olunan turnirlərdə eyni qrupa salınmaması barədə qərar verib.

BakuPost-un
“Report”a istinadən məlumatına görə, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.


“Rusiya və Kosovo klubları arasında oyunların keçirilməsi ilə bağlı bütün təhlükəsizlik risklərini nəzərə alaraq komissiya qərara gəlib ki, bu komandalar qeyri-müəyyən vaxta qədər UEFA yarışlarında eyni qrupda olmayacaq.

2021-ci ildə keçiriləcək qadınlararası Avropa çempionatının seçmə mərhələsinin oyunlarında Rusiya və Kosovo milli komandalarının qarşılaşması neytral meydanda baş tutacaq”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər