Ru
09:37 / 14 Avqust 2019

UEFA Super Kuboku bu gün sahibini tapacaq

2405
Bu gün UEFA Super Kuboku uğrunda oyun keçiriləcək.


Bakupost xəbər verir ki, Türkiyənin İstanbul şəhərindəki "Vodafone Park"da İngiltərənin iki təmsilçisi - "Liverpul" və "Çelsi" üz-üzə gələcək. 


Ötən mövsüm "Liverpul" İspaniyanın paytaxtı Madriddə keçirilmiş final matçında "Tottenhem"i 2:0 hesabı ilə yenərək, Çempionlar Liqasının qalibi olub. "Çelsi" isə Bakı Olimpiya Stadionunda təşkil olunmuş Avropa Liqasının həlledici qarşılaşmasında "Arsenal"ı darmadağın edib - 4:1.


Bakı vaxtı ilə saat 23.00-da başlanacaq görüşü ilk dəfə qadın referi idarə edəcək. Fransalı Stefani Frappara həmyerlisi Manuela Nikolazi və irlandiyalı Mişel O Nil yan xətt hakimləri kimi yardımçı olacaq. Dördüncü hakim funksiyasını türkiyəli kişi referi Cüneyt Çakır yerinə yetirəcək.


Hollandiyalı jurnalist Anton Vitkampın müəllifi olduğu UEFA Superkuboku uğrunda matç 1972/1973 mövsümündən keçirilməyə başlayıb. İndiyədək təşkil olunmuş 43 qarşılaşmanın 23-dən Çempionlar Liqasını qazanmış komanda qalib ayrılıb. Superkuboka hamıdan çox - hərəyə 5 dəfə İspaniyanın "Barselona" və İtaliyanın "Milan" klubları sahib olub. Ölkələr siyahısında isə ən çox qalib adını İspaniya qazanıb - 15 dəfə.


Bugünkü matç İngiltərə klublarının iştirakı ilə ilk Superkubok kimi tarixə düşəcək. "Dumanlı Albion" təmsilçilərindən son olaraq, "Liverpul" 2005-ci ildə bu kuboka yiyələnib. "Qırmızılar"ın ümumilikdə 3, "zadəganlar"da isə 1 belə titulu var.


UEFA Super Kuboku

14 avqust


23.00 Liverpul (İngiltərə) - Çelsi (İngiltərə)


Hakimlər: Stefani Frappar (Fransa), Manuela Nikolazi (Fransa), Mişel O Nil (İrlandiya), Cüneyt Çakır (Türkiyə).

VAR hakimi: Kleman Türpen (Fransa).

İstanbul. "Vodafone Park".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər