ABŞ Prezidentinin Sülhməramlı Missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff Qəzzada HAMAS lideri Xəlil əl-Həyyə ilə görüşməyi planlaşdırır.
Bakupost.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The New York Times“ məlumat yayıb.
Məlumata görə, planlaşdırılan görüş Qəzzada atəşkəs məsələsinə yönələcək.
Qəzet yazır ki, bu, həmçinin Tramp administrasiyasının HAMAS ilə açıq dialoqa marağını da vurğulaya bilər.
Mənbələr qeyd edir ki, xüsusi nümayəndənin səfərinin dəqiq tarixi məlum deyil və onun planları dəyişə bilər.