Ru
09:55 / 05 Noyabr 2019

Ukrayna da NATO üzvü olacaq

2473
Ukrayna NATO-ya üzv olacaq.

Bunu NATO baş katibi Yens Stoltenberq “1+1″ telekanalına müsahibəsi zamanı deyib.


“Bütün müttəfiqlər razılaşıblar ki, Ukrayna NATO-nun üzvü olsun. Monteneqro yalnız iki il əvvəl NATO-a qoşuldu, Şimali Makedoniya bir neçə ay sonra NATO-nun üzvü olacaq və biz əvvəl bunu gördük – Berlin divarının dağılmasından sonra. Polşa, Baltikyanı ölkələr, heç kəs hətta xəyalında da canlandıra bilməzdi ki, onlar NATO-da olacaqlar”, – deyə Stoltenberq bildirib.


O, həmçinin söz verib ki, NATO Kiyevə islahatları gücləndirməyə və cəmiyyəti müasirləşdirməyə kömək edəcək ki, ölkə alyansa daxil ola bilsin.

Baş katib jurnalistin “NATO Ukraynanı Rusiya və Avropa arasında “boz zona”ya qoymayacaqmı?” sualına “bu ölkə alyansın 40 partnyorundan biridir”, – cavabını verib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər