Rus dili Avropa Xartiyası ilə qorunan dillər siyahısından çıxarılmalıdır.
Bakupost.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bunu Ukraynanın Dövlət Dilinin Müdafiəsi üzrə Müvəkkili Yelena İvanovskaya bildirib.
Müvəkkil hətta Ombudsman Aparatının sosial platformadakı səhifəsində də, bununla bağlı paylaşım edib:
“Rus dilinin bizim müdafiəmizə ehtiyacı yoxdur. Krım tatarları və karaitlər rus dilini müdafiə etsələr, bu daha paradoksaldır”, -deyə İvanovskaya təklif edib.
Ombudsmanın sözlərinə görə, 2021-ci ildə Ukrayna Konstitusiya Məhkəməsi hakimiyyət orqanlarına bu barədə mətnin tərcüməsində qeyri-müəyyənlikləri aradan qaldırmağı tapşırıb, lakin lazımi dəyişikliklər həyata keçirilməyib.
Qeyd edək ki, bundan əvvəl də Ukraynanın Dövlət Dilinin Müdafiəsi üzrə Ombudsmanı rus dilinin ölkə konstitusiyasından çıxarılmasını tələb edib. Onun sözlərinə görə, qanunvericilikdə simvolik bərabərsizliyi aradan qaldırmaq lazımdır.