Ru
01:13 / 23 Yanvar 2021

Ukraynada milli matəm elan edildi

1733
Xarkov şəhərində qocalar evində baş verən yanğında 15 nəfərin ölümü ilə əlaqədar ölkədə milli matəm elan edilib.

"BakuPost" xəbər verir ki, bununla əlaqədar Ukrayna Prezidenti Vladimir Zelenski fərman imzalayıb.

Fərmana əsasən, yanğında həyatını itirənlərin xatirəsinə ehtiram olaraq 23 yanvar Ukraynada matəm günü elan edilir. Dövlət müəssisələri və təşkilatlarının binalarında dövlət bayrağının endirilməsi, əyləncə və konsert tədbirlərinin ləğv edilməsi, televiziya və radio proqramlarında lazımi dəyişikliklərin edilməsi haqqında qərar verilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər