Ukraynada prezidentliyə namizədlərin debatı baş tutmadı

1100
Ukraynada prezidentliyə namizəd Vladimir Zelenski ilə Petro Poroşenkonun debatı baş tutmayıb.
 
BakuPost.az xəbər verir ki, buna səbəb Vladimir Zelenskinin debatın keçiriləcəyi Kiyevin mərkəzi "Olimpiya” stadionuna getməməsi olub. 
 
Məlumata görə, P.Poroşenko öncədən elan etdiyi kimi debat üçün stadiona gəlib. O, V.Zelenskiyə bir saata qədər stadionda gözlədiyini bəyan edib.
 
Zelenski iştirakdan imtina etdiyi üçün P.Poroşenko stadionda təkbaşına seçki paltformasını açıqlayıb. O, Zelenskini sabah da debata dəvət edib. Bildirib ki, aprelin 15-də ICTV telekanalında debatda gözləyir.
 
Qeyd edək ki, V.Zelenski stadionda debatın aprelin 19-da keçirilməsini təklif edib.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər