Ru
21:24 / 17 May 2021

UNEC-də yeni layihəyə start verildi - FOTO

2431
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC ) tələbə təşəbbüslərini dəstəkləmək, bu yöndə modern təcrübəni tətbiq etmək məqsədilə yeni layihəyə start verilib.

Bakupost.az xəbər verir ki, layihənin təşkilatçıları UNEC Karyera Mərkəzi və Rəqəmsal İqtisadiyyat fakültəsinin İnformasiya texnologiyaları ixtisası nəzdində fəaliyyət göstərən “UNEC Future Club”dur.

Layihə çərçivəsində informasiya texnologiyaları ixtisasında təhsil alan tələbələrə beynəlxalq İT şirkətləri ilə kommunikasiya qurmaq və təcrübə mübadiləsi aparmaq imkanları yaradılacaq.

Layihə tərkibində nəzərdə tutulan fəaliyyətlərdən biri də İT sahəsində karyera qurmağı bacarmış, beynəlxalq şirkətlərdə çalışan Azərbaycanlılarla vebinarların təşkilidir. Bu yöndə ilk tədbir artıq gerçəkləşdirilib. İT ixtisası üzrə təhsil alan tələbələrlə İT sahəsi üzrə mütəxəssis Vüsal Dadalovun onlayn görüşü keçirilib.

Vebinarda “UNEC Future Club”un koordinatoru Murad Ələsgərli layihə barədə məlumat verib. Bildirib ki, layihənin ilkin mərhələsində tələbələrin İT sahəsində uğurlu karyera quran, beynəlxalq şirkətlərdə çalışan şəxslərlə görüşləri keçiriləcək, növbəti mərhələlərdə isə beynəlxalq İT şirkətləri ilə təcrübə mübadilələri təşkil olunacaq.

Sonra Vüsal Dadalov çalışdığı şirkətlərin və qurucusu olduğu beynəlxalq “İOMETE” şirkətinin iş təcrübəsi barədə məlumat verib.

Vebinarda tələbələri maraqlandıran suallar cavablandırılıb.
UNEC-də yeni layihəyə start verildi -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər