Ru
21:31 / 26 Dekabr 2019

Ünsiyyətsizlik insanı depressiyaya salır - "Çıxışa doğru" araşdırır - VİDEO

2349
Azərbaycan Televiziyasının efirində yayımlanan "Çıxışa doğru" tok-şousunun bugünkü buraxılışı “Depressiyaya düçar olan insanlar və onun aradan qaldırılması yolları”na həsr olunub.

Proqrama ekspert qismində Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Kamilə Kazımova, psixatr Əziz Mustafayev, Avropa Azərbaycan məktəbinin müəllimi Hüseyn Həsənov, İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov iştirak edib.


Ekspertlər mövzu ilə bağlı “depressiyaya səbəb olan amillər”, “ondan yaxa qurtarmağın yolları”, “əsəb və stresin depressyaya təsiri” kimi məsələlər ətrafında müzakirələr aparıb.


Bildirilib ki, depressiya səbəbsiz deyil. Adətən, ailə-məişət, şəxsi, təhsil həyatı və sosial və s. digər problemlələ əlaqədar yarana bilir. Bir çox insan onu ruh halının düşkünlüyü kimi qiymətləndirir, digərləri isə xəstəlik hesab edirlər.


Qeyd edək ki, veriliş həftə içi 5 gün, saat 17.00-da canlı yayımlanır. Tok-şouda əsasən sosial məsələlər, internet və media, informasiya təhlükəsizliyi kimi mövzular ətrafında fikir mübadiləsi aparılır.


"Çıxışa doğru" tok-şousunun informasiya dəstəkçisi BakuPost saytıdır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər