Ru
17:25 / 30 Noyabr 2020

Uşaqlara ən çox qoyulan adlar

1875

2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda doğulmuş oğlan uşaqlarına ən çox Yusif adı qoyulub.


Novator.az Ədliyyə Nazirliyinə istinadla bildirir ki, 11 ayda bu ad 1865 oğlana verilib.


Populyar oğlan adları içində Uğur (1758 uşaq bu adı alıb) ikinci, Əli (1755 uşaq) üçüncüdür.

Hüseyn adını yanvar-noyabr aylarında 1667, Məhəmməd adını 1133, Ömər adını 1125, Murad adını 1085, Raul adını 917, Ayxan adını 777, Tunar adını 754 oğlan uşağı alıb.

Qız adları arasında Zəhra ilk sıradadır: 1823 uşaq.

11 ayda 1457 qıza Zeynəb, 1395 qıza Məryəm adı qoyulub.

Digər populyar qız adları belə sıralanır:

Aylin – 1316 uşaq

Mələk – 1285

Fatimə – 1203

Nuray – 1147

Nilay – 1013

İnci – 978

Dəniz – 886.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər