Ru
13:53 / 19 Oktyabr 2021

Uşaqlara kitabı necə sevdirməli? - Millət vəkilindən vacib tövsiyələr - VİDEO

6029
İctimai Televiziyanın efirində yayımlanan "Diqqət Mərkəzi” verilişində Milli Kitab Sərgisi ilə bağlı müzakirə zamanı Millət vəkili Şahin Seyidzadə uşaqların kitaba marağının artırılmasıyla bağlı bəzi maraqlı fikirlər səsləndirib.

Bakupost.az millət vəkilinin kitab oxumaq vərdişlərinin mənimsənilməsilə bağlı tövsiyələrini təqdim edir:



1. Biz nə etməliyik ki, bizim uşaqlarımız uşaq vaxtından kitab oxusunlar? Və onlarda kitab oxumaq vərdişinin formalaşması kimdən asılıdır? Burada diqqət edilməli bir necə vacib məqamlar var. Birincisi uşaqlarda kitab oxuma vərdişinin formalaşdırılması ailədən gəlir. İlk növbədə uşaqla danışmaq lazımdır. Uşaq danışa bilməyəndə belə onunla danışmaq və ona diqqət ayırmaq mütləqdir. Kitab oxumaq nədir: diqqət. Bugünkü nəsil 20 saniyə nəslidir. 20 saniyə nəslində diqqət, səbr, hövsələ yoxdur. Bu səbəbdən də böyüməkdə olan indiki nəsildə diqqəti cəlb etmək vərdişi formalaşdırılmalıdır.

2. Uşaqlara hələ kiçik yaşlarından hekayələr danışılmalıdır. Uşaqlara hekayələr oxuyanda onların yaddaşında uşaqlıqdan obrazlar yaranır. Onlar böyüdükcə obrazlar da böyüyür. Sonra uşaqlar başqa kitablarda başqa obrazlar axtarır. Hər yaşa görə obrazlar var.



3. Uşaqlara kitabı şəkillərlə oxumaq lazımdır. Mütləq deyil ki, uşaq hərifləri bilsin. Əsas odur ki, o eşidir. Postsovet dövründə 7 yaşında məktəbə gedən şagird məktəbdə əlifbanı öyrənirdi. İndiki 7 yaşlı uşağın səriştəsi və biliyi tamamilə başqadır. Və valideyn indi uşağı məktəbə tamamilə başqa səriştə ilə göndərməlidir.

4. Əgər valideyn istəyir ki, onun övladı kitab oxusun, ilk növbədə o özü oxumalıdır. Ata və ana bu davranışı ilə övladına nümunə olmalıdır. Axı uşaq ata və anadan örnək götürür.

5. Ən vacib məqamlardan biri də evdə kitabların uşaqlar üçün əlçatan olmasıdır. Kitab rəfində qalmamalıdır. Kitab rəfi muzey deyil. Uşağa “kitaba toxunma, cırma, yazma” demək olmaz. Uşaq uşaq vaxtından kitabın üzərində rəsm çəkməli, vərəqlərini çırmalıdır və s. Bununla da onda kitaba sevgi, maraq yaranır və uşaq kitab qoxusuna alışır. Axı insanda kitaba məhəbbət onun qoxusundan yaranır.



6. Uşaq məktəbəhazırlıq yaşına çatanda valideyn kitabı onunla birlikdə oxumalıdır. Uşaq böyüdükdən sonra müstəqil şəkildə kitab oxumağa başlayır. Bu zamanadək valideyn onunla birlikdə kitab oxumalıdır. Uşağa kiçik tapşırıqlar verilməlidir valideyn tərəfindən. Qarşılıqlı əlaqə yaranmalıdır uşaqla valideyn arasında bu, mütləqdir. Uşaqda kitab oxumağa həvəs, maraq yaradılmalı, onlarda kitab oxumaq vərdişi formalaşdırılmalıdır. Çünki bu təhsil prosesi deyil, pedaqoji prosesdir. Bu da ailədən gəlir. Məktəb, universitet, cəmiyyət sadəcə dəstəkverici funksiya daşıya bilər. Uşaqda uşaqlqıdan kitab oxumaq vərdişi formalaşmayıbsa, kitaba marağı, həvəsi yoxdursa o oxumayacaq.

7. Uşağa kitab alarkən, onun istəyinə uyğun kitab seçmək çox vacibdir. Valideyn uşaqla birlikdə kitab mağazasına getməlidir. Onlar kitabı birlikdə seçməlidir. Biri var ki, mən övladım üçün kitab seçirəm. Biri də var ki, mən övladımla birlikdə ona kitab seçirəm. Deyirəm ki, oxuyacağın kitabı özün seç, öz yaşına uyğun. Bu da diqqət edilməli önəmli məqamlardan biridir.

Daha ətraflı videodan izləyə bilərsiniz:



Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər