Ru
10:28 / 10 Oktyabr 2019

Uşaqlarda yüksək təzyiq halları niyə artır? – Səbəb

10595
Oksford Universitetinin alimləri hesablayıb ki, son 20 ildə hipertoniyanın – təzyiq yüksəlməsinin uşaqlarda rast gəlinməsi 3 dəfə artıb.

BakuPost.az xəbər verir ki, 1995-2014-cü illər arasında aparılan 47 elmi araşdırmanın nəticələrini toplayıb analiz edərək, dünyada uşaqlar və yeniyetmələr arasında yüksək təzyiqin tempini və səbəblərini araşdırıb.

Məlum olub ki, 1990-1999-cu illərdə uşaqların cəmi 1%-i yüksək arterial təzyiqdən əziyyət çəkirdilərsə, sonrakı illərdə kəskin artaraq, 2014-cü ildə 6%-ə çatmışdır.
Bu il isə demək olar ki, 14% uşaqlarda təzyiq normadan yuxarıdır.

Eləcə də 10%də təzyiq 90/60 – 120/80 arasında dəyişir, əgər təcili tədbirlər görülməsə, bu faiz də hipertoniyaya çevriləcək.
4% uşaqlarda isə təzyiq 140/90 mm və yuxarıdır.

Bunun səbəbi kimi uşaqların aşırı qidalanması, piylənməsi göstərilir.
Eləcə də yeniyetməlik dövründə hipertoniya riski artır, 14 yaş ən riskli yaşdır.
Bunun səbəbi hormonal sıçrayış və boy artımıdır.

Alimlər təhlükəli həddin keçirildiyini bildirir, bu qədər uşağın təzyiqinin normal olmaması artıq 20-30 yaş arasında təzyiq və ürək xəstələrinin çox olmasına gətirib çıxaracaq.
Şərhlər
  • Lamiyə camalova

    Oğlumun təzyiqi 197 Aşağı 140 olur

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər