Ru
21:09 / 07 Dekabr 2021

Vahid Əhmədov Saleh Rüstəmovla bağlı Prezidentə müraciət etdi - FOTO

2631
Milli Məclisin deputatı Vahid Əhmədov aclıq aksiyası keçirən Saleh Rüstəmovun azadlığa buraxılması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

Bakupost.az bildirir ki, müraciətində deputat Saleh Rüstəmliovun I Qarabağ savaşında iştirak etdiyini vurğulayaraq qeyd edib ki, onun aclıq aksiyası keçirməsi cəmiyyətin geniş təbəqələrində ciddi naratlıq yaradıb:

“Humanizm prinsiplərini əsas tutaraq Saleh Rüstəmov barəsində ədalətli qərar qəbul edilməsinə və onun azadlığa buraxılması üçün səlahiyyətləriniz çərçivəsində yardımçı olmağınızı xahiş edirəm”.

Müraciətdə bu təşəbbüsün "Saleh Rüstəmovun hüquqlarının müdafiə Komitəsi"ndən gəldiyi qeyd edilib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər