09:52 / 21 Oktyabr 2021

Vaksin vurdurmayan bələdiyyə işçilərinə maaş verilməyəcək

1410
Nyu-York bələdiyyəsi peyvənd olunmayanlara maaş verməyəcək.

Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, bunu Nyu-York bələdiyyə sədri Bill de Blasio mətbuata açıqlamasında deyib.

Bələdiyyə sədri qeyd edib ki, 10 gün ərzində 1-ci doza vaksin vurdurmayan şəxslərin maaşları ödənməyəcək.

COVID-19-un hələ bitmədiyini, Nyu-Yorkun tam olaraq normala dönmədiyini bildirən bələdiyyə sədri, məqsədinin hamının vaksinasiyaya cəlb etmək olduğunu bildirib.

Həmçinin o deyib ki, noyabrın 1-nə kimi peyvənd olunan hər kəsin bank hesabına 500 dolar bonus əlavə olunacaq.

Qeyd edək ki, bu qərar 300 min bələdiyyə işçisini əhatə edir.

Fəridə
BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər