- Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayırValideynlərin NƏZƏRİNƏ!

  • 26 Avq 2019 09:25
  • 511 Baxış
 - Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır Valideynlərin NƏZƏRİNƏ!
Bu gündən məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayacaq.




BakuPost-a Təhsil Nazirliyindən verilən məlumata görə, Təhsil naziri Ceyhun Bayramovun 2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə imzaladığı əmrə əsasən bu proses sentyabrın 25-dək davam edəcək.




Məktəbəhazırlıq qruplarına sənəd qəbulu mektebeqebul.edu.az saytı vasitəsilə elektron qaydada həyata keçiriləcək.




Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 2014-cü ildə anadan olmuş uşaqlar qəbul olunurlar.