Ru
13:02 / 10 Avqust 2019

Valideynlərini kimyəvi silahla öldürdü - Qandonduran ifadə - VİDEO

3513
Gənc kimyaçı valideynlərini sianid turşusu ilə zəhərləyib öldürdü, qardaşını yaraladı.

 

Bakupost Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə İzmirin Bayraqlı ilçəsində baş verib. 

"Dokuz Eylül" universitetinin kimya fakültəsinin tələbəsi Mahmut Can Kalkan suda həll etdiyi sianid turşusunu valideynlərinə limonad adı ilə içirib. Kiçik qardaşı içmək istəmədikdə onu məcbur edib və turşu həll olunmuş su uşağın üstünə dağılıb, nəticədə uşaq yaralanıb.


Kalkan ifadəsində qan donduran fikirlər səsləndirib. O, "Labaratoriyada qırmızı gözlü, cinsiyyəti olmayan bir şəxslə tanış oldum, o, mənə sianid tapmağımı tapşırdı, tapdım, evə gedəndə atamın o şəxslə danışdığını gördüm. Atam mənə biz sianidi içməyə hazırıq dedi, mən də hazırlayıb verdim, içdilər" deyib. Kalkanın kiçik qardaşı isə ifadəsində zəhəri qardaşının valideynlərinə limonat adı ilə içirdiyini bildirib.

 

İddianaməni hazırlayan prokuror gəncə cəza verilərkən, sianidin kimyəvi silah olduğunu və təkbaşına öldürücü təsirə malik olduğunu da nəzərə alınmasını tələb edib. Qeyd edək ki, Kalkana şizofreniya diaqnozu qoyulub və onun üçün ömürlük həbs cəzası istənilir.

 

Vəsilə İbrahim

BAKUPOST


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər