Amerika Birləşmiş Ştatlarında yaşayan siyasətçi Vaqif Cəfər oğlu Allahverdiyev Baş Prokurorluğa çağırılıb.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, ABŞ-də ad və soyadı Viktor Alexsandr olan Vaqif Allahverdiyev barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.
Məlumatda cinayət prosesini həyata keçirən orqanın adı və ünvanı qeyd olunub.
Təqsirləndirilən şəxs 1952-ci il təvəllüdlü Vaqif Cəfər oğlu Allhaverdiyevdir. ABŞ-da isə ad və soyadı - Viktor Alexsandrdı.
Ona izah edilir ki, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 21 noyabr 2025-ci il tarixdə 16:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Azərbaycanın Baş Prokurorluğun İstintaq Baş İdarəsinin inzibati binasına gəlməlidir.
Təqsirləndirilən şəxsə münasibətdə ittihamın mahiyyəti ondan ibarətdir ki, 252006069 saylı cinayət işi üzrə 21 fevral 2025-ci il tarixdə Vaqif Alllahverdiyevin barəsində Azərbaycan Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaq orqanından qaçaraq Azərbaycanın hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı həmin tarixdə axtarış elan edilib.
Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2025-ci il tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
18 sentyabr 2025-ci il tarixdə ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək Vaqif Allahverdiyevin barəsində Azərbaycan Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.
Həmin qərara əsasən, Vaqif Allahverdiyev ABŞ-nin Kaliforniya statının Sakramento şəhərində yaşadığı müddətdə ad və soyadını Viktor Alexsandr kimi dəyişdirib. 2017-ci ilin mart-may aylarının istintaq məlum olmayan tarixlərində ayrı-ayrı epizodlar olmaqla 5 video müraciət hazırlayıb. O, həmin videolarda təkrarən Azərbaycan rerspulikasının vətəndaşlarına müraciət edib, ictimai əmin-amanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan hakimiyyət orqanlarının fəaliyyətlərini iflic vəziyyətə salmağa, inanların iradəsinə təsir edib və onların Azərbaycan respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviq etməyə çıxmaqla Azərbaycan xalqını qeyri leqal yolla, yəni zorla ələ keçirilməsinə Azərbaycan Respublikasının Konstitusiyanda nəzərdə tutulmamış metodlarla, Konstitusiyanın zorla dəyişdirlməsinə yönələn açıq çağırışlar edib.
Eləcə də təkrarən hakimiyyət nümayəndəsinin qanuni tələblərə tabe olmamağa və kütləvi ixtişaşlarla çağırışlar edib. O, 8 mart, 23 mart və 1 may 2017-ci il tarixlərdə istifadəsində olan Victor Alexandr" “YouTube” kanalında 5 video paylaşıb. Bununla da qeyri məhdud sayda insan kütləsinə ünvanlamaqla zorakılığı təbliğ edən həmin məzmunlu materialları, yəni çağırışları internet informasiya rususlarında təkrarən yayıb.
Təqsirləndirilən şəxsə izah edilir ki, Cinayət-Prosessual Məcəlləsinin 467-13.3-cü maddəsinə əsasən ibtidai istintaqda iştirak etmək, özünün seçimi əsasında müdafiəçi ilə təmsil olunmaq və digər prosessual qaydalara malikdir. Müdafiəçidən istifadə etdiyi halda onunla bağlı məlumatları istintaq orqanına göndərməlidir.
Qiyabi icraatın açıla bilcəyi, qiyabi hökmün və məhkəmənin digər qərarının çıxarılacağı barədə xəbərdarlıq edilir.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 54-2.1.7-ci və 467-13.3-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs Vaqif Allahverdiyevə xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla bilər və barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.