Ru
12:45 / 05 Mart 2021

Vasif Talıbov Bakıda da karantin qaydalarını pozdu - FOTO

2730

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və köməkçisi karantin rejimi qaydalarını pozub.

"Bakupost"un məlumatına görə, onlar bu gün Bakıda YAP-ın qurultayı keçirilən mərkəzi qərargaha gələrkən karantin rejimi qaydasını pozaraq maskadan istifadə etməyiblər. Bu, orada çəkilmiş fotolarda aydın görünür.


Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qaydalara əsasən, qapalı məkanlarda, eyni zamanda açıq havada tibbi maskadan istifadə məcburidir.



Xatırqladaq ki, bir müddət əvvəl Ağbulaq Xizək Mərkəzinin açılış mərasimində NMR Ali Məclisinin Sədri Vasif Talıbov, oğlu Seymur Talıbov və digər rəsmi şəxslər karantin rejimi qaydasını pozaraq maskadan istifadə etməyiblər. Bu səbəbdən açılış mərasimində çəkilmiş fotolar müzakirələrə səbəb olub və cəmiyyət tərəfindən qəzəblə qarşılanıb.


Vasif Talıbov Bakıda da karantin qaydalarını pozdu -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər