Ru
14:55 / 14 Oktyabr 2019

Vasim Məmmədəliyevlə vida mərasimi başa çatdı - FOTO - YENİLƏNİB

4343
Akademik Vasim Məmmədəliyevlə vida mərasimi başa çatıb.

Mərhumun cənazəsi Bakı Dövlət Universitetindən götürülüb.

Mərhumun nəşi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılır.

Qeyd edək ki, akademik V.Məmmədəliyevlə vida mərasimində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Vergilər naziri Mikayıl Cabbarov, Təhsil naziri Ceyhun Bayramov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Ombudsman Elmira Süleymanova, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, mərhumun ailə üzvləri, yaxınları, elm və təhsil xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.

***
13:00

Bakı Dövlət Universitetində (BDU) mərhum akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndərib.

Vida mərasimi saat 15:00-dək davam edəcək. Mərasimdən sonra mərhumun nəşi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılacaq.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev oktyabrın 13-də axşam saatlarında 77 yaşında vəfat edib.
(report)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər