Ru
14:00 / 21 Oktyabr 2020

“Vaşinqton görüşü Ermənistana vaxt qazandıracaq” - Piter Teys

2080

“ABŞ dövlət katibi Mayk Pompeonun oktyabrın 23-də Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri ilə planlaşdırılan görüşləri yalnız Tramp administrasiyasının beynəlxalq imicini yaxşılaşdırmaq məqsədi güdür və çətin ki hansısa ciddi nəticəyə gətirsin”.

Bunu amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə mütəxəssis Piter Teys deyib.

“Erməni qüvvələri geri çəkilərkən, dövlət katibi qəfildən yuxudan oyanır və Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovu Vaşinqtonda görüşə dəvət edir. Pompeo həmçinin Ermənistan Xarici İşlər naziri ilə ayrıca görüşəcək. Bu, Qafqaz tədbiri Tramp administrasiyasının beynəlxalq imicini gücləndirmək və onun dünyadakı geosiyasi mövqeyini vurğulamaq məqsədi daşıyır”, - deyə analitik vurğulayıb.

Onun əminliyinə görə, 23 oktyabr Vaşinqton görüşləri əvvəlcədən uğursuzluğa məhkumdur: “Eyni zamanda, bu, hələ də Azərbaycan şəhərlərini atəşə tutmağa davam edən, azərbaycanlı uşaqları, qadınları və günahsız mülki şəxsləri qətlə yetirən və bununla beynəlxalq hüququ kobud şəkildə pozan erməni tərəfinə daha çox vaxt qazandıra bilər”.

Ekspertin fikrincə, qarşıdakı Vaşinqton təmaslarının bir hədəfi də Rusiyanın bölgədəki təsirlərini azaltmaqdır.

“ABŞ-ın diplomatik təsirini və dövlət katib Pompeonun “ikili standart” mövqeyini ATƏT-in Minsk qrupu prosesinin köhnəldiyi təsdiqləyir. Buna görə Vaşinqtonda keçiriləcək görüşlərdən müsbət heç nə gözlənilmir. Bu, yalnızca Ermənistana daha çox vaxt qazanmağa və Dövlət Departamenti, digər əsas Qərb diplomatik idarələri tərəfindən persona non qrata elan edilməli olan İrəvan terrorçuları - Nikol Paşinyan və digərləri üçün siyasi legitimliyi təmin etməyə kömək edəcək”, - amerikalı ekspert əlavə edib./Musavat.com
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər