13:38 / 18 Noyabr 2021

Vaxtından əvvəl pensiyaya çıxa bilərsiniz - Deputat

2018
“Milli Məclisdə komitə büdcə müzakirələri zamanı irəli sürdüyüm təkliflərdən biri də vətəndaşlara vaxtından əvvəl pensiyaya çıxmaq hüququnun verilməsi idi. Belə ki, bir sıra hallarda vətəndaşlar kifayət qədər yüksək əmək haqqısı olan sektorda çalışır və nisbətən böyük pensiya kapitalına malik olur. Amma pensiya kapitalından istifadə etmək üçün pensiya yaşının gözləmək məcburiyyətində qalır. Təklifim isə həmin şəxslərə vaxtından əvvəl pensiya çıxmaq hüququnun verilməsi və onların öz kapitallarından daha uzun müddət istifadə imkanlarının tanıdılmasıdır”.

Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

V.Bayramovun sözlərinə görə, beynəlxalq praktikada pensiya yaşı tamam olmadan bu hüquqdan istifadə imkanları var. Bəzi ölkələrdə bu hətta pensiya kapitalına bağlanır. Orta pensiya kapitalından çox yığımları olanlar artıq vəsaitini öncədən almaq hüququn malik olurlar və bu zaman extra (artıq) yığılmış vəsait aylar üzrə hesablanmaqla vətəndaşa qaytarılır. Məsələn, ABŞ-da pensiya kapitalı çox olanlar daha tez müraciət edib pensiya alma imkanına malik olurlar.



Digər metod isə pensiyada olan ayların sayının azaldılması və artırılması ilə bağlıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu məsələ ilə bağlı artıq müzakirələr aparılır. Bu daha çox minimum pensiya kapitalı yığmış vətəndaşlara tətbiq edilə bilər.

Millət vəkili qeyd edib ki, mövcud qaydalara əsasən, 144 ay orta pensiya müddəti kimi götürülür. Yəni 12 il x 12 ay = 144 ay. Amma əgər təklif qəbul olunarsa o zaman vətəndaş 65 yox, 60 yaşda pensiyaya çıxmaq istəyirsə, 144 deyil, bu halda həmin beş il üçün nəzərdə tutulan 144-ün üzərinə 60 ay gələcək. Yığılmış pensiya kapitalı 204 aya bölünəcək. Bu imkan verə bilər ki, vətəndaş 5 il tez, yəni 60 yaşında pensiyaya çıxsın. Amma bu halda yığım 144-ə yox, 204-ə bölünməklə aylıq pensiya məbləği müəyyənləşə bilər: “Büdcə müzakirələri zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə müzakirələrin davam etdiriləcəyini bəyan etdi. Deməli, Azərbaycanda pensiya yaşı tamam olmadan pensiyaya çıxmaq imkanı reallaşa bilər”.

Sevinc
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər