Ru
13:17 / 21 Fevral 2020

“VAZ"la “QAZel” toqquşdu: 1 ailədən 3 ölü - Naxçıvanda ağır qəza

1664
Naxçıvanda ölümlə nəticələnən yol qəzası baş verib.

BakuPost-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, fevralın 20-də saat 12 radələrində Naxçıvan şəhəri ərazisində Babək rayon sakinləri N. Rəhimovun idarə etdiyi “VAZ-21074” və Ə. Məmmədovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub.


Nəticədə R. Rəhimov və sərnişinləri Çəmən Hüseynova, oğlu T. Hüseynov, gəlini Tünzalə Hüseynova və nəvəsi, 1 yaşlı Allahverdi, habelə Ə. Məmmədovun sərnişini olan arvadı A. Məmmədova xəstəxanaya yerləşdiriliblər. Ç. Hüseynova, T. Hüseynova və azyaşlı orada ölüb.Naxçıvan ŞPİ tərəfindən araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər