Ru
11:29 / 30 Noyabr 2021

Vəli Ələsgərovla bağlı müəmma - Rəsmi qurumlar niyə cavab vermir?

7583
Xəbər verdiyimiz kimi, Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri, general-leytenant Vəli Ələsgərov həbsdə vəfat etməsi ilə bağlı xəbərlər yayılıb.


Bununla bağlı heç bir rəsmi məlumat isə yoxdur. Bəzi sosial şəbəkə istifadəçisi isə məlumatın yalan olduğunu, Vəli Ələsgərovun sağ olduğunu bildirib.

Məsələni dəqiqləşdirmək üçün Bakupost.az -ın əməkdaşı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlayıb.


Xidmətdən bildirilib ki, bununla bağlı hansısa məlumat verilmir:

“Biz bu məsələlər haqqında açıqlama vermirik. Vəkili ilə əlaqə saxlayın”.

Sabiq nazirin vəkili Vüqar Xasayev də rəsmi məlumatının olmadığı deyib:



“Bununla bağlı heç bir yerdə rəsmi məlumata rastlamamışam. Mən onun keçmişdə vəkili idim, indi deyiləm. Ailəsindən yalnız qardaşı Əlini tanıyırdım. O da rəhmətə gedib. İndi bu məlumatı kiminlə dəqiqləşdirim?!”.

Qeyd edək ki, sabiq nazir Eldar Mahmudov vəzifəsindən azad olunandan sonra V.Ələsgərov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Sabiq nazir vəzifə səlahiyyətlərini aşmaqda, dövlət əmlakını talamaqda, qulluq mövqeyindən sui-istifadə etməkdə, telefon danışıqlarını qanunsuz dinləmədə və digər cinayətlərdə ittiham olunurdu. V.Ələsgərov 15 il Naxçıvan Muxtar Respublikasının Milli təhlükəsizlik naziri vəzifəsində çalışıb.

BakuPost
Şərhlər
  • ABDULLAYEV ŞAHİN ƏVƏZAĞA

    yaşasın Azərbaycan gestaposu Hamı bilir ki Kral lütdür lakin onu təzə paltarı münasitilə alqışlayırdılar Belə AZƏRBAYCAN ın nəyindən küsüb

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər