Ru
21:47 / 22 Sentyabr 2021

Vətən müharibəsi qazisinin evi yandı

1313
Zaqatalada Vətən müharibəsi qazisinin evində yanğın baş verib.

Bakupost.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında rayonun Yuxarı Tala kənd sakini Osmanov Ələddin Xaliddin oğluna məxsus, ümumi sahəsi 100 kv/m olan kürsülü 3 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün FHN-in müvafiq qüvvələri cəlb olunub. Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları yanaraq yararsız hala düşüb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, ev sahibi Ələddin Osmanovun oğlu Elvin Osmanov Vətən müharibəsi iştirakçısıdır və o, döyüş zamanı yaralanıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər