Ru
13:20 / 18 Avqust 2020

Vətən nəğməsi

11422




Odlar yurdu, Azərbaycan!
Tarixinlə əzəlisən, əbədisən
Cavanşirlər, Koroğlular vətənisən.
Əsrlərlə əzilsən də, əyilmədin,
Qürurunla düşməninə sinə gərdin.
Od qalandı ürəyində, Azərbaycan!

Sən əbədi məşəl kimi alovlanan bir ocaqsan!
Övladların sayəsində məqsədinə çatacaqsan!
Ay ulduzlu bayrağını "Turan üstə açacaqsan"!
Sən Bakısan, Naxçıvansan, Qarabağsan!
Haqq sözünü deyəcəksən, buna inan, Azərbaycan!

Qucağında məskən salan Vətənsizlər torpağına tamah saldı...
Ürəyini yaraladı.
"Şəhriyarın ürəyitək ürəyi qan Azərbaycan!"
Yazıldıqca yazılacaq tarixin var,
Tarixini öz qanıyla imzalayan
Salatının, Mübarizin, Çingizin var!
Türk adına bir qürursan, Azərbaycan!
Sən qələbə, sən uğursan, Azərbaycan!

Sən varsansa, millətim var,
Öz dilim var, tarixim var!
Gözüm toxdur, hər şeyim var!
Dünya bilsin, alnım açıq, üzüm ağdır!
Tək bir dərdim oğurlanmış Qarabağdır!
Hürriyyətim, istiqlalım, bayrağımsan, Azərbaycan!
Düşməninə diz çökdürən qürurumsan, Azərbaycan!

Səma Qasımova,
Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin IV il tələbəsi

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər