Ru
17:38 / 23 May 2019

Vətəndaşlar hansı qanunverici təşəbbüslərlə çıxış edə bilməzlər?

2621
Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihəsində nəzərdə tutulmayan məsələlər məlum olub.


Bakupost xəbər verir ki, bu barədə yeni hazırlanan "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsində bildirilib.


Qanun layihəsinin 3-cü maddəsində göstərilib ki, vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun (qərar) layihəsində  aşağıdakı məsələlər nəzərdə tutula bilməz:


1. Dövlət büdcəsi, dövlət rüsumu, vergilər və gömrük işi;


2. Əmək haqqının məbləği və onun ödənilməsi qaydası;


3. Cinayət və ya inzibati xətalar;


4. Ailə münasibətləri;


5. Ərazi quruluşu və inzibati ərazi bölgüsü;


6. Dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi;


7. Seçki və referendum;


8. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad;


9. Amnistiya;


10. Seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər