Ru
11:46 / 19 Fevral 2020

Vətəndaşlara 126 min manat "atan" qadın AZADLIĞA BURAXILDI

2117


Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Valeriya Panfilovanın barəsindəki hökmdən verilən şikayətinə baxılıb.

BakuPost xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, V.Panfilova barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) tətbiq edilib və məhkəmə zalından azadlığa buraxılıb.

İttiham aktına əsasən, V.Panfilova dörd nəfərə - Nadir Ələkbərov, Nəriman Camalov, Oksana Bojenok və Diana Pavlovaya qarşı dələduzluq edib. O, həmin şəxslərin ümumilikdə 125 min 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.

V.Panfilovanın vəkili Əkrəm Həsənov qeyd edir ki, cinayət işi üzrə zərərçəkmişlər müvəkkilinə həmin pulları 3 faizlə sələm şəklində verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Panfilova 5 il müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər