Ru
20:10 / 29 Mart 2020

Vətəndaşlara yardım edilməsi gözlənilir? - YANİLƏNİB + AÇIQLAMA

5410
Nazirlər Kabineti yanında operativ qərargah 29 mart saat 00:00-dan etibarən Azərbaycanda xüsusi karantin rejimini gücləndirilib.

Qərargahın #evdəqal çağırışına riayət edən vətəndaşlar isə hökumət tərəfindən maddi dəstək gözləyir.


Hökumətdəki mənbənin Modern.az-a verdiyi məlumata görə, yaxın günlərdə vətəndaşlara minimum əməkhaqqı (250 manat) məbləğində vəsait ayrılacaq.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN)İctimiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov tezliklə bu barədə məlumat veriləcəyini bildirib:

"Hazırda bir neçə təklif hazırlanıb və üzərində müzakirələr aparılır. Yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək”.

***
23:05
Fazil Talıbov BakuPost-a açıqlamasında xəbəri təkzib edib: “Vətəndaşların sosial müdafiəsi ilə bağlı atılacaq addımlarla baglı bildirim ki, cənab Prezidentin Sərəncamı ilə yaradılmış məşğulluq və sosial məsələlər üzrə işçi qrup tərəfindən təkliflər hazırlanıb. Bu məsələlərə kompleks yanaşılacaq. Həm sahibkarların, həm də vətəndaşların məşğulluq məsələləri barədə təkliflər aidiyyəti üzrə təqdim olunub. Yaxın günlərdə bu barədə ətraflı məlumatlar veriləcək. Hazırda mətbuatda yazılan məlumatlar dezinformasiyadır, vətəndaşları çaşdırmaq məqsədi daşıyır”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər