Ru
10:45 / 22 Sentyabr 2020

Vətəndaşların avtomobilləri müharibə üçün yığılır?

6826

Ötən gündən sosial şəbəkələrdə mülki vətəndaşlar avtomobillərinin yol polisi tərəfindən yığılması və hər an başlaya biləcək döyüşlərdə istifadə olunacağı haqda məlumatlar yayılıb. İctimaiyyətdə müzakirələrə səbəb olan məsələ ilə bağlı bildirirlər ki, Dövlət Yol Polisi tərəfindən yollarda hərəkət edən yüksək keçidli minik avtomobilləri saxlanılır. Maşınlar vətəndaşlardan müsadirə edilərək cərimə meydançasına aparılır.

"BakuPost" xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov müharibə dövründə təkcə döyüşə bilən hərbi vəzifəli vətandaşların deyil, həm də nəqliyyat vasitələrinin səfərbər edilməsinin qanunvericilikdə nəzərdə tutulduğunu bildirib: “Bu, dünyanın bütün ölkələrində, hətta nəhəng hərbi büdcəyə malik ölkələrdə də belədir. Çünki səfərbər olunan insanların və digər resursların nəqliyyat ehtiyacını ödəyəcək sayda müxtəlif təyinatlı avtomobilləri dinc dövrdə hərbi hissələrin qarajında saxlamağa ehtiyac yoxdur.

Ölkəmizdə bu məsələni dəqiq tənzimləyən qanunvericilik mövcuddur. Azərbaycan Respublikasının 17 may 2005-ci il, № 916-IIQ Qanunu ilə təsdiq edilmiş “Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə”də və bəzi digər qanunvericilik aktlarında detallar əksini tapıb.

Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 51 nömrəli qərarı ilə vətəndaşlarda, müxtəlif dövlət və özəl təşkilatlarda olan, zərurət yarandıqda Silahlı Qüvvələrin ehtiyacları üçün səfərbər edilə bilən nəqliyyat vasitələrinin siyahısı təsdiq edilib. Siyahıda yüksək keçidli minik avtomobilləri, xüsusi yük avtomobilləri, ümumqoşun təyinatlı xüsusi avtomobillər, sanitar avtomobilləri, sərnişin avtobusları, evakuatorlar, müxtəlif traktorlar və s. var. Adətən xüsusi ehtiyac olan, istismarı rahat və asan olan, həm də dözümlü nəqliyyat vasitələri səfərbər olunur (məsələn, belə tələbə daha çox “UAZ”, “NİVA”, müxtəlif pikaplar, “URAL”, “Zil-131” və s. uyğun gəlir). Baha, incə davranış tələb edən ciplər bu işdə heç nəyə yaramır.

Lakin vətəndaşlar bundan heç də narahat olmamalıdır. Çünki qanunvericiliyə görə, təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin səfərbər edilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur. Yəni səfərbərlik üçün cəlb edilən nəqliyyat vasitəsi sıradan çıxarsa, yararsız hala düşərsə, vətəndaşın pulu tam ödənilir.

Göstərdiyim nəqliyyat vasitələri Silahlı Qüvvələrə səfərbərlik zamanı və müharibə dövründə təqdim olunmalıdır. Digər detallar da qanunvericilikdə təsbit edilib”.
Şərhlər
  • Terlan terlanli

    Salam bir məlumat yoxdumu avtomobilleri geri qaytarmaq barede ? Paylaşim elemirsiz

  • Mahir Hacıyev Fikret

    Ne vaxd qaytarlilacaq veziyyetim cox pisdir ailemi onan dolandiram oktyabrn 2 den maşin ordadir ne vaxd xeber cıxacaq iki az yaşli uşagm var

  • Imanov Habil

    Bes ne vaxt qaytarilacaq ?xahiw edirem cava landirasiniz sualimi .muharibe wukur qutardi.dolanwigim hemen qazelden idi.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər