17:41 / 09 Sentyabr 2021

Vəzifəli şəxslərin intim görüntülərini yayanları hansı cəza gözləyir? - Ekspertlər

4546
Xəbər verdiyimiz kimi, ötən gün Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşovun intim görüntüləri yayılıb. Bu gün isə Gürcüstan parlamentinin azərbaycanlı deputatı Ruslan Hacıyevin sosial şəbəkələrdə pornoqrafik videosu paylaşılıb.

Nəzər salsaq görərik ki, son vaxtlarda bu cür kibercinayətlərin sayı artıb. Bu cür əməllər daha çox təxribat xarakteri daşıyır və insanları şantaj edərək bunun əsasında onlardan pul alırlar.

Bəs bu görüntüləri yayanları qanunla hansı cəza gözləyir?

Məsələ ilə bağlı Bakupost.az -a danışan Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov qeyd edib ki, həmin şəxslər barəsində həbs və ya cərimə cəzası verilə bilər:


“Şəxsi həyatla bağlı məlumat yayana, o cümlədən işgüzar nüfuza xələl yetirdiyinə görə xüsusi ittiham qaydasında cinayət işinin başlanması barədə məhkəməyə müraciət edilə bilər. Ya da mülki qaydada məhkəməyə iddia verə bilər. Həmin şəxsdən şantaj məqsədi ilə nəsə tələb edilibsə, bu, tamam başqa bir məsələdir. Artıq o şəxsin şikayəti əsasında hüquq mühafizə orqanları bunu araşdırıb, istintaqını apara bilərlər.

Yəni ortada şantaj elementi varsa, pul tələb edilirsə, bu halda ona azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Digər tərəfdən, şəxsin işgüzar nüfuzuna ciddi xələl gətirərsə, bu halda da şəxsin özü xüsusi ittiham qaydasında məhkəməyə şikayət verə bilər. Bu zaman bir neçə illik azadlıqdan məhrumetmə və ya pul cəriməsi nəzərdə tutulur. Eyni zamanda mülki qaydada iddia verərsə, ona dəyən maddi və mənəvi ziyanla bağlı tələb də irəli sürülə bilər”.

Media eksperti Zeynal Məmmədli bildirib ki, bu görüntüləri paylaşanlar öz cəzalarını almalıdırlar:


“Bu şəxs vəzifəli bir adamdır. Vəzifəsi olduğu üçün onun şəxsi həyatı daha dar qorunur. Kimin vəzifəsi nə qədər böyük olarsa, onun şəxsi həyatı o qədər dar qorunacaqdır. Çünki idarə edənlərin əxlaqı, davranışları, onların dəyərləri cəmiyyət üçün önəmlidir. Əgər o şəxs bu cür diqqət mərkəzində olmaq istəmirsə, heç o vəzifələri daşımasın. Video kimin tərəfindən, nə üçün, intiqam, yoxsa pula görə yayılıb bilmirəm. Amma bu görüntülərin yayılması, onun daşıdığı vəzifə məsuliyyəti ilə uzlaşmır. O, insanların bilmək hüququna cavabdehdir. Məni idarə edən məmur kimdir? Bunu bilmək hüququna cavab verməlidir.

Lakin videonu yaymaqda təhrik, şantaj, pul istəmək varsa, cinayət məcəlləsində bununla bağlı maddələr var. Necə ki, videosu yayılan şəxs öz cəzasını alır, vəzifəsindən və ya mənsub olduğu partiyadan çıxarılır. Yayan adamlar da buna uyğun cəza alacaqlar. Çünki onların məqsədi cəmiyyəti məlumatlandırmaq deyil. Əgər adamın zəifliyindən, çatışmazlığından istifadə edib pul qoparmaqdırsa, təbii ki, cəzasız qalmamalıdırlar”.

Aygün Nəbiyeva
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
  • Abdullayev Şahin Əvəzağa

    Sirus Təbrizlinin YAP barəsində dediyi sözlər fikirlər yada düşür

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər