Ru
09:51 / 05 Dekabr 2020

Sosial şəbəkədə yayılan videosuna etiraz edən şəxs döyüldü

1196
Mingəçevirdə 36 yaşlı kişi döyülüb.

Məlumatına görə, hadisə gecə saatlarında 6 saylı orta məktəbin yaxınlığında baş verib. Belə ki, şəhər sakini, 1984-cü il təvəllüdlü Məmmədov Mehman Zöhrab oğlu naməlum şəxs tərəfindən döyülüb. Göz, burun və qol nayihəsindən ağır xəsarət alan M.Məmədov xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, zərərçəkən şəhər bazarlarından birində fəhlə işləyir. İlkin məlumata görə, görüntüsünü icazəsiz sosial şəbəkəyə yerləşdirilməsi onun ciddi etirazına səbəb olub. Görüntüsünün tik-tokdan yığışdırılması tələbini dinləməyən tanıdığı şəxs onu döyərək çoxsaylı bədən xəsarətləri yetirib.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər