Ru
17:57 / 15 Yanvar 2020

Vilayət Eyvazov Bakı yol polisinə yeni rəis təyin etdi - ƏMR

16219



Bakı Dövlət Yol Polisi İdarəsinə yeni rəis təyin edilib.


BakuPost xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə bu posta Rəşid Piriyev gətirilib.

BDYP-nın rəisi Nuşirəvan Səfərov işdən azad olunandan sonra rəis vəzifəsini R.Piriyev icra edirdi.

Bu gün isə onun vəzifəsi rəsmiləşdirilib.

Yeni rəis bu təyinata qədər İdarənin rəis müavini işləyib. Ondan əvvəl isə Beyləqan Rayon Polis Şöbəsinin rəisi olub.
Rəşid Piriyev Qarabağ döyüşlərinin fəal iştirakçısı olub, qazidir.

E.Mirzəyev
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər