Vilayət Eyvazov polkovnikə yeni vəzifə verdi

Daxili işlər orqanlarında yeni təyinat olub.

Bakupost.az xəbər verir ki, polis polkovnik-leytenantı Niyaməddin Qasımov Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin birinci müavini vəzifəsinə təyin edilib.

N.Qasımov bu təyinata qədər Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) şöbə müdiri vəzifəsində çalışırdı.

Qeyd edək ki, Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin birinci müavini polis polkovnik-leytenantı Çingiz Aslanov vəzifəsindən azad olunaraq Balakən Rayon Polis Şöbəsinin rəis təyin edilib.