Ru
13:40 / 03 Dekabr 2019

Vilayət Eyvazov polkovniki rəis təyin etdi

13963
Daxili İşlər Nazirliyində kadr islahatları davam edir.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovniki Rüstəm Cəfərov Beyləqan rayon Polis Şöbəsinin rəisi təyin olunub.


Xatırladaq ki, Beyləqanın əvvəlki rəisi Rəşid Piriyev bu ilin oktyabr ayında Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Nazirin digər bir əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin Kadrlar İdarəsinin rəisi, polis polkovniki Elçin Əsədov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Hələlik onun yerinə təyinat olmayıb.
(strateq az)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər