Ru
13:05 / 28 Yanvar 2021

Vilayət Eyvazov radar sistemini quran polkovniki vəzifəsindən azad etdi

1617
Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi polis polkovniki Vahid Nuriyev təqaüdə göndərilib.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, V.Nuriyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar 55 yaşında təqaüdə göndərilib. Onun yerinə hələ ki, təyinat yoxdur.

V.Nuriyev "MMX-nın rəisi" kimi tanınıb.

Bu yaxınlarda onun 55 yaşı tamam olub. V.Nuriyev BDYPİ-nin Mərkəzi İnformasiya Sistemini (MMX-radar sistemi) quran, bir sıra qanunvericilik aktlarının yenilənməsinin ideya müəllifi və təşkilatçısıdır.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər