Ru
20:38 / 23 Oktyabr 2020

Vilayət Eyvazov Yaponiyanın yeni səfirini qəbul etdi

1515
Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov oktyabrın 23-də Yaponiyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanı qəbul edib.

Qonağı salamlayan nazir yeni təyinatı münasibətilə onu təbrik edib və dəyərli fəaliyyətində uğurlar arzulayıb. Nazir yeni səfirin öz fəaliyyəti ilə Azərbaycanla Yaponiya arasındakı əlaqələrə böyük töhfələr verəcəyini və bundan sonra da iki dövlətin qarşılıqlı, faydalı əməkdaşlığının daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Tanışlıq xarakteri daşıyan görüşdə səfirə Daxili İşlər Nazirliyinin funksiyaları, vəzifələri, eləcə də ölkədəki kriminogen durum barədə qısa məlumat verilib və tərəfləri maraqlandıran bir sıra digər məsələlər müzakirə edilib.

Səmimi qəbula və təbrikə görə general-polkovnik Vilayət Eyvazova minnətdarlığını bildirən səfir Cuniçi Vada Azərbaycandakı diplomatik fəaliyyəti dövründə dövlətlərimiz və xalqlarımız arasındakı yüksək səviyyəli əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər