Ru
16:51 / 17 Yanvar 2020

Vilayət Eyvazovdan daha bir kadr dəyişikliyi - FOTO

10903
Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov yol polisində daha bir kadr islahatı edib.

BakuPost-un Avtosfer.az-a istinadən məlumatına görə, nazirin əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev vəzifəsindən azad edilib. Vilayət Eyvazovun digər əmri ilə o, yaş həddi ilə təqaüdə göndərilən kadrlar idarəsinin rəisini əvəzləyib.


Yol Patrul Xidməti Şöbəsinin rəisi Kamran Əliyev isə əvvəlki vəzifəsinə qaytarılıb. Baş Dövlət Yol Polisi idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi yenidən polis polkovniki Kamran Əliyev olacaq.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər