Ru
16:07 / 12 İyul 2019

Vilayət Eyvazov “Bandotdel”ə yeni rəis təyin etdi - FOTO

4396
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) yeni rəis təyin olunub.


BakuPost xəbər verir ki, bu barədə strateq.az saytı məlumat yayıb. Yeni nazir, general-polkovnik Vilayət Eyvazovun əmriylə el arasında "Bandotdel” kimi tanınan BMCMİ-yə Nəsimi rayon Polis İdarəsinin rəisi, polkovnik Əbülfət Rzayev təyin edilib.


Xatırladaq ki, Əbülfət Rzayev 1968-ci il avqust ayının 11-də anadan olub.Uzun müddət BDU-nun hüquq fakültəsində "Konstitusiya hüququ” və "İnzibati hüquq” fənlərindən dərs deyib.


1995-ci ildən həm də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi sistemində xidmət edir.


Polis sistemində xidmətə Ukraynada adi milis nəfərliyindən başlayan Əbülfət Rzayev 1995-ci ildən Azərbaycanda Ordubad ŞPİ-də sahə müvəkkili, Qaradağda əməliyyat müvəkkili, Nəsimi rayonunda Cinayət Axtarış Şöbəsində baş əməliyyat müvəkkili, Bakı şəhər Baş Polis İdrəsinin Cinayət-Axtarış İdarəsində əməliyyat müvəkkili, Xətai RPİ-də Cinayət Axtarış Şöbəsinin rəisi, Xətai RPİ-nin 37-ci Polis Bölməsinin rəisi, Sabunçu Rayon Polis İdarəsinin rəis müavini, Şəki RPİ-nin rəisi, sonuncu təyinatına qədər isə Nəsimi RPİ-nin rəisi vəzifələrində işləyib.

Vilayət Eyvazov “Bandotdel”ə yeni rəis təyin etdi  - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər