Ru
10:51 / 12 Aprel 2021

Vitse-spikerin 70 yaşı tamam olur - FOTOLAR

2368
Bu gün Milli Məclisin vitse-spikeri və komitə sədri, millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, tarix elmləri doktoru, professor Fəzail İbrahimlinin 70 illik yubileyidir.

Bakupost.az xəbər verir ki, Fəzail İbrahimli 1992-ci ildən VHP-nin üzvüdür. 2000, 2006, 2010, 2015 və 2020-ci illərdə keçirilən parlamant seçkilərində həmin partiyadan Milli Məclisə deputat seçilib. O, partiyanın ideoloji katibi kimi Həmrəylik xəttinin təbliğində əməyini əsirgəməyib.



Fəzail İbrahimli Azərbaycan tarixinin çox önəmli bir dövrünü – Cümhuriyyət dövrünü tədqiq edib. Onun araşdırılmamış, 90-cı illərdə bir çoxlarına qaranlıq olan tariximizin bu səhifəsinə işıq tutması həm də bir ziyalılıq missiyası idi.



Fəzail İbrahimli uzun müddət Bakı Dövlət Universitetində çalışıb. Hazırda Azərbaycan Tarixi kafedrasının professorudur. 1986-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. Bir monoqrafiya, bir kitabın, bir dərslik və 60-a qədər elmi əsərin müəllifidir.



2006-cı ildən Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü olub.

2020-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini və parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədridir.



Dəyərli ziyalımızı, millət vəkilini, tarixçi alimi 70 illik yubileyi münasibəti ilə “BakuPost” kollektivi adından təbrik edir və fəaliyyətində uğurlar arzulayırıq.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər